“Rusiya Ukraynanın enerji sisteminə 1 milyard dollardan çox ziyan vurub”


Son aylarda rus qoşunları Ukraynanın elektrik şəbəkəsinə 1 milyard dollardan çox ziyan vurub.
Yeniavaz.com
“Economic Pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko bildirib.
Qeyd olunur ki, kütləvi hücumlar nəticəsində istilik və su elektrik generasiya obyektləri, eləcə də elektrik enerjisinin ötürülməsi sistemləri ciddi zərər görüb. Eyni zamanda, hər gün müxtəlif növ enerji obyektlərinə pilotsuz uçuş aparatları, ballistik və ya artilleriya ilə hücumlar davam edir.
“Bu gün biz bir milyard dollardan çox zərərdən danışırıq. Amma hücumlar davam edir və itkilərin artacağı göz qabağındadır”, - Qaluşenko bildirib.
Əlverişli hava şəraiti sayəsində enerji sistemini bərpa olunan enerji mənbələri ilə tarazlaşdırmaq hələ də mümkündür.
Bərpa və təmir işlərinin aparılması, eləcə də generasiya gücünün artırılması üçün beynəlxalq tərəfdaşlardan kömək istənilir.

DİGƏR XƏBƏRLƏR

Top