Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib


Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci ilin göstəricisindən 18,1% çoxdur.
Yeniavaz.com
xəbər verir ki, baxılan işlərin 70,5%-i idarəçilik qaydaları, 4,5%-i ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, 4,3%-i yol hərəkəti qaydaları, 2,8%-i hərbi xidmət əleyhinə, 2,7%-i faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 2,1%-i mülkiyyət əleyhinə, 1,9%-i sağlamlıq əleyhinə, 11,2%-i isə digər inzibati xətalarla bağlı olub.      
2023-cü ildə baxılan işlərin 44,7%-i üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 45,1%-nin icraatına xitam verilib, 10,2%-i üzrə işlərə dair materiallar əlavə yoxlanış üçün qaytarılıb və ya aidiyyəti üzrə göndərilib.
İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilən şəxslərin sayı əvvəlki illə müqayisədə 2,5% azalaraq 49,5 min nəfər olub. İnzibati məsuliyyətə cəlb edilən şəxslərin 40,5%-inə fiziki şəxsə verilən xüsusi hüququn məhdudlaşdırılması, 38,7%-inə inzibati cərimə, 19,1%-inə inzibati həbs, 1,2%-inə ictimai işlər, 0,5%-inə isə digər tənbeh növləri tətbiq edilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top