Nazim Bəydəmirlinin məhkəməsi başlayıb – Fotolar


Bu gün sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Yeniavaz.com
xəbər verir ki, sabiq deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu ilə təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən hazırlıq iclasında Nazim Bəydəmirli deyib ki, həbsinin səbəbi dəqiq məlum deyil, amma bununla bağlı təxminləri var.
Sabiq deputat güman edir ki, 2023-cü ilin iyununda Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə bağlı sosial şəbəkələrdəki paylaşımlarına, mühasibələrinə görə cəzalandırılıb: “Mən kimisə təhqir eləməmişəm. İqtidar və müxalifətə eyni məsafədə olan adamam. Heç bir siyasi mənsubiyyətim yoxdur. Mən siyasi məhbus deyiləm, ekologiya məhbusu ola bilərəm. Siyasi fəaliyyətimə görə həbs olunmamışam. Gədəbəy hadisələrinə görə ola bilər”.



Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top