Qəzzada daha bir jurnalist həyatını itirdi


İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir jurnalist həyatını itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzzadakı hökumətin Media Ofisindən məlumat verilib.
Məlumata görə, Fələstinin “Əl-An” Xəbər Agentliyinin əməkdaşı Məhəmməd Bisam əl-Cəməl İsrail ordusunun Rəfahdakı evinə təşkil etdiyi hava hücumunda həyatını itirib.
Beləliklə, 2023-cü il oktyabrın 7-dən, İsrailin hücumlara başladığı vaxtdan bəri Qəzza zolağında öldürülən jurnalistlərin sayı 141-ə yüksəlib.
Media Ofisi İsrailin Fələstinin səsini susdurmaq, faktları gizləmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatdırılmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyüü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top