Qırğızıstanda "TikTok"a giriş qismən məhdudlaşdırıldı


TikTok sosial şəbəkəsi Qırğızıstanda fəaliyyətini qismən dayandırıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu ölkədə TikTok-a həm mobil cihazlardan, həm də kompüterlərdən daxil olmaq demək olar ki, mümkün deyil.
Qeyd olunur ki, sosial şəbəkədən videolar hələ də vaxtaşırı endirilsə də, bunun üçün kifayət qədər çox vaxt, təxminən 5-10 dəqiqə tələb olunur.
Qeyd edək ki, bir neçə gün əvvəl Respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsi Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə TikTok-a girişin məhdudlaşdırılmasını tələb edib.
Bundan sonra Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında Rabitə Sənayesində Tənzimləmə və Nəzarət Xidməti ölkənin provayderlərinə TikTok şəbəkəsinə istifadəçi girişini məhdudlaşdırmağı xahiş edən məktub göndərib.
Respublikanın Mədəniyyət Nazirliyi ilk dəfə ötən ilin avqustunda sosial şəbəkənin uşaqların əqli inkişafına və sağlamlığına mənfi təsir göstərdiyinə inanan bəzi ictimai təşkilatlardan sorğuların artması ilə əlaqədar olaraq Qırğızıstanda TikTok-un bloklanması ideyası ilə çıxış edib. Lakin indiyədək Qırğızıstanda TikTok-a qadağa qoyulması üçün heç bir tədbir görülməyib.

DİGƏR XƏBƏRLƏR

Top