Mbappe daha bir rekorda imza atdı


PSJ-nin hücumçusu Kilian Mbappe bu mövsüm Avropa liqalarındakı bütün turnirlərdə 40-dan çox qol vuran ilk oyunçu olub.
Yeniavaz.com
xəbər verir ki, 25 yaşlı fransalı 24-ü “Liqa 1”də, 8-i Çempionlar Liqasında, 8-i Fransa kubokunda və 1-i Fransa Superkubokunda olmaqla, 42 matçda rəqib qapısına 41 dəfə yol tapıb.
Mbappe bu nəticəni Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə cavab oyununda (4:1) dubla imza atdıqdan sonra əldə edib.
Qeyd edək ki, “Barselona”nı 4:1 hesabı ilə məğlub edən PSJ yarımfinala yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top